"Qalatasaray"ın müdafiəçisini "Əl-Nəsr" istəyir

18:22 - 14 Sentyabr 2026

"Qalatasaray"ın futbolçusu Davinson Sançes karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kolumbiyalıya "Əl-Nəsr" təklif göndərib.

Amma Türkiyə çempionu onu bu yay yox, ən yaxşı halda mövsümün sonunda sata biləcək.

Sançesin "Qalatasaray"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Onun üçün 20–25 milyon avro təzminat tələb olunur.

O, 2023-cü ildən "Qalatasaray"ın formasını geyinir. Davinson "Nasional", "Ayaks", "Tottenhem" klublarında oynayıb.

Xəbər xətti