"Atletiko"nun kapitanı La Liqanın tarixinə düşdü

19:20 - 14 Sentyabr 2026

"Atletiko" İspaniya çempionatının 5-ci turunda səfərdə "Real Sosyedad"ı 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, matçın 60-cı dəqiqəsində madridlilərin heyətində Koke meydana çıxıb. "Atletiko"nun kapitanı üçün bu matç La Liqada 524-cü olub.

​Beləliklə, 34 yaşlı futbolçu İspaniya çempionatı tarixində keçirdiyi oyunların sayına görə 10 oyunçu sırasına daxil olub. Kokedən öndə aktivində 536 qarşılaşma olan Serxio Ramosdur.

​La Liqada oyunların sayına görə top-10 oyunçu:

​1-2. Andoni Subisareta - 622 matç
1-2. Xoakin - 622
3. Raul Qarsiya - 609
4. Antuan Qrizman - 564
5. Dani Parexo - 558
6. Raul Qonsales - 550
7. Eusebio Sakristan - 543
8. Fransisko Buyo - 542
9. Serxio Ramos 0 536
10. Koke - 524

Qeyd edək ki, ​Koke "Atletiko"nun yetirməsidir və bütün peşəkar karyerasını Madrid klubunda keçirib.

Xəbər xətti