İsraildə futbol üzrə Superliqanın 4-cü turu çərçivəsində bir sıra oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfat Abdullazadənin çıxış etdiyi “İroni” (Kiryat-Şmona) doğma meydanda “Makkabi” (Hayfa) ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 0:4 hesablı darmadağın məğlubiyyəti ilə başa çatıb. Abdullazadə start heyətində meydana çıxıb və rəqibin artıq üç qol vurduğu 69-cu dəqiqədə əvəzlənib. Bundan əlavə, ilk qoldan əvvəl – 28-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar.
Hazırda “İroni” 3 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
