Sabirabad rayonunun II Liqada mübarizə aparan "Marafon" və Region Liqasında iştirak edəcək "İnşaatçı" klubları Sabirabad şəhər stadionuna buraxılmırlar.
Sportal.az xəbər verir ki, stadion bir neçə il əvvəl Həmkarlar Konfederasiyasının nəzdinə keçib. Bu qurum isə arenanı klubların istifadəsinə vermir, onlardan icarə haqqı tələb edir.
Yerli sakinlər, futbol adamları buna etiraz edir, stadionunun Həmkarlar Konfederasiyasının nəzdindən çıxarılmasını istəyirlər.
saytlarin hazirlanmasi
