Renat Ukraynada növbəti oyununa çıxdı

16:50 - 19 Sentyabr 2026

Ukrayna Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Bukovina" səfərdə "Xarkov"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat da bu matçın iştirakçısı olub. 27 yaşlı forvard oyuna start heyətində başlayıb və 56-cı dəqiqədə əvəzlənib.

7 turdan sonra 7 xal toplayan "Bukovina" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti