"Təsadüfi bir işlə mümkün deyil ki, hansısa bir uğur qazanasız" - Fərid Namazov

22:23 - 19 Sentyabr 2026

Misli Premyer Liqasının VI turu çərçivəsində "Sabah"ın qonağı olan "İmişli" 1:3 hesablı məğlubiyyətlə üzləşib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məşqçisi Fərid Namazov matç haqda fikirlərini bildirib:

"Oyunun ağır keçəcəyini bilirdik. "Sabah"ın hücum xəttində təhlükəli olduğunu bildiyimiz üçün, maksimal dərəcədə onun qarşısını almağa çalışırdıq. 1-ci hissə istədiyimizi reallaşdıra bilirdik. 2-ci hissə isə topa nəzarət etməyə çalışırdıq. Milli fasilədən maksimum yararlanmağa çalışacağıq".

- Bütün komandalara qarşı eyni oyun planında oynamağın nəticə baxımından problem yaradacağını düşünürsünüzmü?

- Struktur baxımından bir iş yoxdursa komandada, 20 tur da keçsə nəticə olmayacaq. Təsadüfi bir işlə mümkün deyil ki, hansısa bir uğur qazanasız. Keçən oyunda 25-ci dəqiqədən sonra,bu oyunda isə 2-ci hissədə verdiyimiz reaksiyanın yaxşı olduğunu düşünürəm. Nəticəni zaman göstərəcək. 

Orxan Həsənquluyev

Xəbər xətti