“Komo”nun qapıçısı Jan Butez 1976-cı ilin aprel ayından bəri Fransa millisinə ilk dəfə dəvət edilən ilk yaşlı futbolçu olub.
Sportal.az xəbər verir ki, o, hazırda 31 yaş üç aylığındadır. Son dəfə isə 50 il əvvəl Jerar Farison 32 yaşında milli komandaya cəlb edilmişdi.
“Komo”nun qolkiperi zədələnərək sıradan çıxan “Lans”ın futbolçusu Robin Risseni əvəzləyəcək.
Butez “Lill”, “Muskron”, “Antverpen”dən sonra 2025-ci ildə “komo”ya keçmişdi.
