"Liverpul" "Arsenal"ın transfer siyahısında yer alan Rio Nqumoha ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi ingiltərəli vingerin müqaviləsinin müddətini artıracaq. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
Klub artıq Ngumoha ilə razılıq əldə edib. 18 yaşlı oyunçu ilə uzunmüddətli sözləşmə imzalanacaq. Gənc futbolçu ilə mövcud anlaşma 2028-ci ilin yayında başa çatır.
Qeyd edək ki, Rio Ngumoha 2024-cü ildə "Çelsi"nin akademiyasından "Liverpul"a qoşulub. İngiltərə millisinin üzvü cari mövsümdə Mersisayd təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
