"Şamaxı"nın futbolçusu tibbi müayinədən keçdi, durumu bəlli oldu - "Araz-Naxçıvan"la oyunu buraxan Ayman Bouali

16:21 - 22 Sentyabr 2026

Son turda qələbə qazanan "Şamaxı" matça itki ilə çıxmışdı. Komandanın aparıcı futbolçulardan biri Ayman Bouali heyətdən kənar qalmışdı.

Sportal.az saytının əldə etdiyi məlumata görə, mərakeşli futbolçu tibbi müayinədən keçib. Boualinin əzələsində kiçik dartınma aşkarlanıb. Həkimlər bildirib ki, onun bir neçə gündən sonra komandanın məşqlərinə qoşulmasına heç bir əngəl yoxdur.

Qeyd edək ki, "Şamaxı" Premyer Liqanın 6-cı turunda "Araz-Naxçıvan"ı (2:1) məlub edib. Azər Bağırovun komandası 9 xalla 6-cı pillədə qərarlaşıb. 

Xəbər xətti