"Barselona" yarımmüdafiəçi Mark Bernalın müqaviləsinin müddətini uzatmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
La Liqa nəhəngi ispaniyalı futbolçu ilə uzunmüddətli sözləşmə imzalayacaq. Yeni müqavilədə 19 yaşlı orta xətt oyunçusunun sərbəstqalma məbləği 500 milyon avro təyin olunacaq.
Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü cari mövsümdə kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
