Bundesliqa klubunda yeni baş məşqçi

20:49 - 22 Sentyabr 2026

Münhenqladbax "Borussiya"sının yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisini Aleksandr Blessin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

53 yaşlı almaniyalı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Aleksandr Blessinin son işı yeri "Sankt-Pauli" olub.

Xəbər xətti