"Arsenal"dan Deklan Rays qərarı

21:10 - 22 Sentyabr 2026

"Arsenal" yarımmüdafiəçi Deklan Raysı uzun illər komandada saxlamağı planlaşdırır.

Sportal.az xəbər verir ki, bu barədə "Talk Sport" proqramında məlumat verilib.

London klubu artıq ingiltərəli futbolçu ilə danışıqlara başlayıb. Premyer Liqa nəhəngi Raysın 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşməsinin müddətini daha 3 il uzatmaq istəyir. Yeni anlaşma ilə 27 yaşlı oyunçunun maaşında da artım olacaq.

Qeyd edək ki, "Arsenal" Deklan Raysı 2023-cü ilin yayında "Vest Hem"dən 116 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə "topçular"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti