"Zərbə anını xatırlamıram, amma üstümə doğru qaçan 20 vəhşi qaban yadıma gəlir" - ispan hücumçu

22:46 - 22 Sentyabr 2026

PSJ və İspaniya millisinin hücumçusu Ferran Torres dünya çempionatının finalında qalibiyyət qolunu vurduqdan sonra hansı hissləri keçirdiyini danışıb.

Sportal.az xəbər verir ki, İspaniya DÇ-2026-nın finalında Argentinaya əlavə vaxtda 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 106-cı dəqiqədə Ferran Torres vurub. Ona məhsuldar ötürməni Niko Uilyams verib.

“Bu, həqiqətən qəribədir. Çünki Lamine Yamal cinahda topu qəbul edəndə onun Pedro Porroya ötürmə verdiyini gördüm. Bilmirəm niyə, amma bir qədər irəli getdim. Cərimə meydançasına daxil olurdum və topun Nikoya doğru getdiyini görəndə boş zona aşkar etdim.

Hər şey başgicəlləndirici sürətlə baş verdi. 2010-cu ildə qol vuran İnyesta demişdi ki, zərbə endirməyə hazırlaşarkən ona elə gəlmişdi ki, hər şey yoxa çıxıb. Məndə də eyni hiss oldu. Zərbə endirməyə hazırlaşanda bir anlıq sükut eşitdim, sonra isə özümü künc bayrağına doğru qaçan vəziyyətdə gördüm, çünki qol vurmuşdum. Bu zərbəyə bütün gücümü verdim, top qapıya getməli idi. Qol vurdum və biz qalib gəldik. Ailəmi və dostlarımı görəndə onlardan hər şeyin necə baş verdiyini soruşdum.

Zərbə anını xatırlamıram, sadəcə üstümə doğru qaçan 20 balaca qaban yadıma gəlir. Bu, adrenalinin güclü şəkildə yüksəlməsi idi. Həmin anı milyon dəfə izləmişəm, buna baxmaqdan doymaq mümkün deyil”. – Torres deyib.

Xəbər xətti