Premyer Liqa klubundan 27 milyon funt-sterlinqlik təzminat - 24 illik idarə

23:28 - 22 Sentyabr 2026

Daniel Levinin “Tottenhem” rəhbərliyindən ayrılarkən əhəmiyyətli məbləğdə təzminat aldığı məlum olub.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, klub 2025-ci ilin sentyabrında yolların ayrılmasına görə idarə heyətinin sədrinə 27 milyon funt sterlinq ödəyib. Bu məbləğə əməkhaqqı, illik bonus və uzunmüddətli təşviq proqramı üzrə ödənişlər daxil olub.

Beləliklə, bu, futbol menecmenti tarixində ən böyük ödənişlərdən biri olub. Qeyd olunur ki, sözügedən təzminat tərəflər arasında ayrıca razılaşmanın nəticəsi deyil, əvvəlcədən müqavilədə nəzərdə tutulmuş şərt olub. Levi “Tottenhem”i 24 il ərzində idarə edib.

Xəbər xətti