"Bolonya" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi azad agent statusunda olan Mateo Darmyanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya milli komandasının üzvü ilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Matteo Darmyanın son klubu yayda ayrıldığı "İnter" olub. 36 yaşlı sağ cinah müdafiəçisi ötən mövsüm komandanın heyətində 9 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
