"Real" futbolçusu ilə müqaviləni uzatmaq istəyir - İngiltərəyə qayıtmağının qarşısını almaq üçün

00:26 - 9 Oktyabr 2026

“Real" Cud Bellinqemi heyətində saxlamaq niyyətindədir.

Sportal.az xəbər verir ki,iİnsayder Fabritsio Romanonun məlumatına görə, Madrid klubu milyonlarla avroluq təklif daxil olacağı təqdirdə belə, ingiltərəli futbolçunun Premyer Liqaya mümkün keçidinin qarşısını almaq üçün onunla yeni müqavilə imzalamağı planlaşdırır.

Bildirilir ki, yarımmüdafiəçi İspaniyada özünü xoşbəxt hiss edir, “Real"ın baş məşqçisi Joze Mourinyo isə onun oyununa heyrandır.

Bellinqem bu mövsüm La Liqada 7 matçda iştirak edib və 3 qol vurub.

Xəbər xətti