Sabir Zeynalov Fransa Qran-prisində gümüş medal qazandı

11:31 - 9 Oktyabr 2026

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Paris Qran-prisində uğurla çıxış edib.

Sportal.az xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində yarışan idmançımız gümüş medal qazanıb.

Zeynalov yalnız həlledici qarşılaşmada İsrail təmsilçisi Asaf Yasuruya məğlub olub.

Qeyd edək ki, dünyanın ən yüksək reytinqli parataekvondoçularının qatıldığı yarışda İmaməddin Xəlilov (70 kq) və Amin Əliyev (63 kq) də mübarizə aparır.

Komanda millimiz baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında yarışır.

Xəbər xətti