AMADA "Kəpəz" klubunda seminar keçirib - FOTOLAR

11:44 - 9 Oktyabr 2026

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Kəpəz" klubunda seminar təşkil olunub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, maarifləndirici xarakter daşıyan seminara "Kəpəz" Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandasının, eləcə də məşqçi və texniki heyətinin üzvləri qatılıblar.

AMADA-nın nümayəndəsi dopinq istifadəsinin insan sağlamlığına vurduğu zərərlər, idmançı karyerasını ciddi risklər altında qoyduğunu nəzərə çatdırıb. O, iştirakçılara dopinq nəzarəti prosesi, idmançıların hüquq və vəzifələri, antidopinq qayda pozuntuları barədə danışıb. 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsi və beynəxalq standartlardakı yeniliklər barədə ətraflı məlumat verilib.

"Kəpəz"in məşqçiləri və yeniyetmə futbolçuları onları maraqlandıran sualları səsləndiriblər, antidopinq biliklərinin artırılması üçün zəruri məlumatları öyrəniblər.

 

Xəbər xətti