"Mingəçevir"də iki aydan artıqdır əməkhaqları ödənilmir.
Sportal.az xəbər verir ki, bu barədə Sportal.az saytına futbolçular məlumat verib.
Oyunçular klub rəhbərliyinin üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmədiyini bildirib.
Onların sözlərinə görə, yayda "Mingəçevir"i himayəsinə götürmüş şəxslər ilk vaxtlar müxtəlif vədlər versə də, indi heç biri ortalıqda yoxdur:
"Nə gələn var, nə də maraqlanan. Özümüzü yiyəsiz hiss edirik.
Maaşımızı kimdən istəyək, bilmirik. Baş məşqçidən soruşuruq, o da dəqiqə bir söz demir.
Elman Sultanova fikrmizi demişik, əgər MOİK-lə oyundan sonra pulumuz ödənilməsə, məşqə çıxmayacağıq. Çünki uşaqların bir çoxu Mingəçevirə kənardan gələnlərdir. Kirayə evlər tutublar, pulu ödənilmir.
Gündə 2 dəfə yemək söz veriblər, eləmirlər. Uşaqları qaldıqları evlərdən çıxarırlar.
Cibdə pul da yoxdur ki, aparıb verək. Elman Sultanovu burada 3-4 nəfər maraqlandırır, qalanları vecinə də deyil.
Maaş yox, ev yox, yemək yox, elə isə niyə "Mingəçevir"də qalaq? AFFA-dan xahiş edirik ki, klubumuzdakı hazırkı vəziyyətlə maraqlansınlar.
Araşdırsınlar görək ki, bu yoxa çıxan rəhbərlik haradadır, nə işlər görür, niyə bizim pulları vermir? Axı iki-üç ay qabaq bizə başqa vədlər verilirdi.
Ümumiyyətlə, AFFA bilirmi ki, bu insanlar kimlərdir? Niyə hər gələn bizi aldatmalıdır?"
saytlarin hazirlanmasi
