Azərbaycan Kubokunda 3700-cü qol

20:21 - 9 Oktyabr 2026

Azərbaycan Kubokunda tarixin 3700-cü qolu vurulub.

Sportal.az xəbər verir ki, yubiley I təsnifat mərhələsinin “Difai” – “Zəngəzur” matçına (1:3) təsadüf edib. Qonaqların futbolçusu Kənan Mirzəliyev görüşdə sonuncu, mövsümdə 23-cü qolun müəllifi olub.

Bu, 1992-ci ildən keçirilən yarışın tarixinə 3700-cü top kimi düşüb. Baş tutan 1216 qarşılaşmadan sonra bu rəqəm 3713-ə yüksəlib.

Qeyd edək ki, turnirdə ilk qolu 1992-ci ildə “Pambıqçı”nın (Neftçala) futbolçusu Elnur Əsgərov vurub.

Xəbər xətti