Milan" Avropa Liqasının əsas mərhələsinin II turunda səfərdə "Zalsburq"a qalib gəlib (4:0).
Sportal.az xəbər verir ki, bu qarşılaşmada "rossoneri"nin vinqeri Alfadjio Sisse het-triklə fərqlənib.
Sisse avrokubok matçında het-trik edən ən gənc italyan futbolçu olub. Oyuna qədər onun 19 yaş 358 günü var idi.
Əvvəlki rekord cəmi bir neçə gün qüvvədə qalıb. Belə ki, çərşənbə axşamı "Brügge"nin hücumçusu Nikolo Trezoldi "İnter"lə görüşdə het-trik edərkən (4:3) onun 22 yaş 54 günü var idi.
Buna qədər rekord 1997/98 mövsümünün Çempionlar Liqası matçında "Monako"nun qapısına 3 qol vuran (4:1) Alessandro Del Pyeroya məxsus idi. Həmin vaxt onun 23 yaş 144 günü var idi.
saytlarin hazirlanmasi
