Toral Bayramova şans vermədilər

12:55 - 16 Oktyabr 2026

Türkiyə I Liqasında X turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Toral Bayramovun formasını geyindiyi "Bursaspor" səfərdə "Muğlaspor"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Toral bu matçın iştirakçısı olmayıb. 25 yaşlı sol cinah müdafiəçisi sona qədər ehtiyatda qalıb.

10 turdan sonra 22 xal toplayan "Bursaspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər xətti