"Trabzonspor" UEFA Konfrans Liqasının əsas mərhələsinin ilk turunun səfər matçında "KuPS"a qalib gəlib (4:2).
Sportal.az xəbər verir ki, bu qarşılaşmada Türkiyə komandasının vingeri Məhəmməd Salah qol və məhsuldar ötürmə ilə fərqlənib.
Bununla da misirli ulduz üç müxtəlif avrokubok turnirində - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qol vurub və asistentlik edən ilk futbolçu kimi tarixə düşüb.
34 yaşlı ön xətt oyunçusu bu mövsüm "Trabzonspor"un heyətində 10 matçda meydanda olub, bu görüşlərdə 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
