Çempionlar Liqasının əsas mərhələsindəki "Sabah"ın rəqibi olan “Borussiya” Almaniya Bundesliqasında növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, qarşıdakı həftə Bakıya səfər edəcək Dortmund klubu 6-cı turda “Union Berlin”in qonağı olub.
Matç 0:0 hesabı ilə yekunlaşıb. “Borussiya” 14 xalla "Bavariya" ilə birinci yeri bölüşür.
Qeyd edək ki, "Sabah" - "Borussiya" görüşü oktyabrın 20-də keçiriləcək və görüşə 20:45-də start veriləcək.
saytlarin hazirlanmasi
