"Bavariya"nın müdafiəçisi Kim Min-ce İtaliya A Seriyasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" və "Milan" cənubi koreyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Tuttojuve" nəşti məlumat yayıb.
"Milan" artıq oyunçunun ətrafı ilə ilkin danışıqlara başlayıb. "Yuventus"un baş məşqçisi Luçano Spaletti də "Napoli"də birlikdə çalışdığı 29 yaşlı mərkəz müdafiəçisini yenidən sərəncamında görmək istəyir.
Qeyd edək ki, Kim Min-ce cari mövsümdə "Bavariya"nın heyətində meydana çıxdığı 8 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb. Onun Almaniya klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
