"Yuventus"un müdafiəçisi Qleyson Bremer karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Bayer" braziliyalı futbolçunu transfer etmək istəyir. Leverkuzen təmsilçisi 29 yaşlı mərkəz müdafiəçisini yanvarda heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Yuventus" Qleyson Bremeri 2022-ci ilin yayında "Torino"dan 51 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi
