"Yuventus"un türkiyəli müdafiəçisi zədələndi

19:48 - 23 Oktyabr 2026

İtaliyanın "Yuventus" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Turin təmsilçisinin müdafiəçisi Zeki Çelik sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyəli futbolçu UEFA Avropa Liqası Liqa mərhələsinin III turunun "Renn"lə matçında (2:2) zədələnib. 29 yaşlı sağ cinah müdafiəçisinin sol ayağının arxa əzələsində yırtıq aşkarlanıb. Onun yaşıl meydanlara qayıdacağı tarixlə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Zeki Çelik yayda "Roma"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Yuventus"a keçib. Türkiyə millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti