"Real"la müqaviləsi mövsümün sonunda başa çatan Antonio Rüdiger İngiltərə Premyer Liqasında qayıda bilər.
Sportal.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
"Tottenhem" almaniyalı futbolçunu heyətinə qatmaq istəyir. London nəhəngi yayda azad agent statusunda olacaq 33 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayında "Çelsi"dən ayrıldıqdan sonra "Real"a keçib. Almaniya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində 6 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi
