Millimiz Vyetnama uduzdu

20:29 - 29 Oktyabr 2026

Azərbaycanın U-15 futbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda mundialda 9-cu oyununda Vyetnamla qarşılaşıb. Bu, 81-84-cü yerlər uğrunda yarımfinal görüşü olub. Millimiz görüşdən 2:4 hesabı ilə məğlub ayrılıb.

Yığmamız bundan öncə Mozambiklə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. Millimizin heyətində Həsən Məhəmmədov, Qafar Babayev, Yusif Əlizadə fərqləniblər. Daha bir qolu isə Mozambik yığmasının futbolçusu öz qapısına vurub. 

Qeyd edək ki, dünya çempionatında ümumilikdə 189 ölkənin yığması iştirak edir.

Xəbər xətti