Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı - FOTOLAR

22:09 - 30 Oktyabr 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib.

Sportal.az Prezidentin saytına istinadən xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. 

Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub.

Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.


Xəbər xətti