İtaliyalı futbolçu 5 həftə yaşıl meydanlardan uzaq qalacaq - zədə səbəbindən

22:51 - 30 Oktyabr 2026

“Komo”nun hücumçusu Moyze Kin topuq nahiyəsindən aldığı zədə səbəbindən təxminən beş həftə yaşıl meydanlardan uzaq qalacaq.

Sportal.az xəbər verir ki, italiyalı futbolçu Barselonadakı Kuqat İnstitutunda müalicə alıb. O, daha əvvəl milli komandanın düşərgəsində olarkən zədələnmişdi.

Kin “Fiorentina”dan icarə əsasında “Komo”da çıxış edir. Cari mövsümdə A Seriyasında 4 oyuna çıxan futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti