Azərbaycanlı futbolçu yenə ehtiyatda qaldı

00:57 - 31 Oktyabr 2026

Albaniyada futbol üzrə Superliqanın 9-cu turunun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda “Teuta”nı 1:0 hesabı ilə məğlub edib. Əliyev bu dəfə də matçın 90 dəqiqəsini ehtiyat oyunçular skamyasında keçirib.

Qeyd edək ki, hazırda “Eqnatiya” 21 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Xəbər xətti