Çempionlar Liqasının liqa mərhələsində "Sabah"ın rəqibi olan Norveç təmsilçisi “Vikinq” yerli liqanın 25-ci turunda meydana çıxıb.
Sportal.az xəbər verir ki, “Vikinq” səfərdə “Bodo-Qlimt”i qəbul edib və 2:3 hesabı ilə məğlub olub.
“Vikinq” hazırda “Bodo-Qlimt”lə (59 xal) eyni xala malikdir və ilk iki yeri bölüşür.
Qeyd edək ki, "Vikinq" - "Sabah" görüşü noyabrın 4-də keçiriləcək və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.
saytlarin hazirlanmasi
