"Mbappe komandalarının qələbə qazanmasına kömək etmir" - Fransa millisinin sabiq futbolçusu

22:44 - 1 Noyabr 2026

“Bavariya”nın və Fransa millisinin sabiq müdafiəçisi Biksant Lizarazyü “Real"ın hücumçusu Kilian Mbappeni “Qızıl top” mükafatı öncəsi apardığı reklam kampaniyasına görə tənqid edib.

Sportal.az xəbər verir ki, Lizarazyü “Telefoot”un efirində maraqlı fikirlər səsləndirib:

“Ötən mövsüm Mbappe hər tərəfdən sərt tənqidlərə məruz qalanda mən dəfələrlə onu müdafiə edirdim. O, dünya çempionatında əla çıxış etmişdi. Fransa millisinin kapitanı kimi sabit oyun nümayiş etdirir və komandanın maraqlarını hər şeydən üstün tuturdu.

Amma “Qızıl top” mükafatı ərəfəsində həddini aşdı. Bu, heç xoşuma gəlmədi. Mbappe həddindən artıq fərdiyyətçiliyə qapıldı, özünü reklam etməyə başladı, təvazökarlığı və ətrafındakı hər kəsi unutdu. Sanki yalnız o mövcud idi, digərləri isə ümumiyyətlə yox idi.

Fransa millisini qələbələrə aparacaq əsas amil komanda dəyərləridir. Son vaxtlar Mbappe çıxış etdiyi klubları uğura daşıya bilmir. O, komandalarının qələbə qazanmasına kömək etmir və bu barədə düşünməlidir. Çoxlu qol vurmaq olar, amma əsas məqsəd komandanın qalib gəlməsinə kömək etməkdir. Ən vacib olan da məhz budur”.

Xəbər xətti