Valdas Dambrauskas "Fənərbaxça"nı çalışdıracaq? - İDDİA

10:35 - 2 Noyabr 2026

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Türkiyəyə yollana bilər.

Sportal.az "TuttoMercatoWeb"a istinadən xəbər verir ki, litvalı mütəxəssis "Fənərbaxça"nı çalışdırmağa hazırlaşır.

Tərəflər arasında intensiv danışıqların aparıldığı iddia olunur.

Türkiyə nəhənginin baltikalı ilə 3 illik anlaşmanı razılaşdırmağa yaxın olduğu iddia edilir.

Xatırladaq ki, "bayquşlar"a 2025-ci ilin iyunundan rəhbərlik edən Dambrauskasın klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Xəbər xətti