"Çelsi"nin yarımmüdafiə xətti üçün dörd namizəd

19:38 - 4 Noyabr 2026

"Çelsi" yarımmüdafiə xəttini gücləndirmək istiqamətində işlərini davam etdirir

Sportal.az xəbər verir ki, London klubu Premyer Liqada çıxış edən dörd gənc futbolçunu diqqət mərkəzində saxlayır. Bu barədə jurnalist Saymon Fillips məlumat yayıb.

"Mavilər"in potensial transfer hədəfləri siyahısına Lyuis Mayli ("Nyukasl"), Coş Kinq ("Fulhem"), Maylz Lyuis-Skelli ("Arsenal") və Harrison Armstronq ("Everton") daxildir.

Klub bu oyunçuların hər birinin çıxışı barədə mütəmadi olaraq hesabatlar alır. "Çelsi"nin skautları gələcəkdə transfer ehtimalını qiymətləndirmək üçün onların inkişafını izləyirlər. Lakin hazırkı mərhələdə söhbət yalnız müşahidədən gedir. Çünki heç bir konkret təklif və ya aktiv danışıqlar mövcud deyil.

Xəbər xətti