“Milan”ın baş məşqçisi Ruben Amorim komandasının əldə etdiyi uğurlarla kifayətlənməyəcəyini bildirib.
Sportal.az xəbər verir ki, sabah “rossoneri” Avropa Liqasının 4-cü turunda “Ferentsvaroş”la qarşılaşacaq. Ötən şənbə günü isə “Milan” A Seriyasında “İnter”i 3:1 hesabı ilə məğlub edib.
“Siz tez-tez məndən nə vaxt zirvəyə çatacağımızı soruşursunuz. Biz bütün oyunlarda qalib gəlsək belə, heç vaxt maksimum səviyyəyə çatmayacağıq. Daim inkişaf etməliyik. Artıq öz oyun üslubumuz var. Oyunda üstünlük qurmaq istəyirik və bəzən buna nail oluruq, bəzən isə yox. Bəzən taktiki sxemimizi və müdafiədəki oyunumuzu dəyişirik, amma heç kim bunu hiss etmir. Bizi fərqləndirən əsas xüsusiyyət rəqibi qabaqlayaraq hərəkət etməyimizdir. Daha çox qol fürsəti yaratmaq üçün rəqibi öz cərimə meydançasına sıxışdırmaq bacarığımızı hələ də inkişaf etdirməliyik.
Bununla belə, artıq daha yaxşı oynayırıq və müəyyən oyun epizodlarında daha uğurlu çıxış edirik. Lakin qarşıda hələ çox işimiz var, xüsusilə də meydanın hücum üçdəbirində. Mən də bu istiqamətdə futbolçularıma kömək etməliyəm”, – deyə Amorim bildirib.
saytlarin hazirlanmasi
