Azərbaycan millisinin üzvü Toral Bayramov Türkiyə çempionatında avtoqol müəllifi olub.
Sportal.az xəbər verir ki, “Bursaspor”un formasını geyinən futbolçu “Antalyaspor”la səfər qarşılaşmasında topu səhvən öz qapısından keçirib. Hadisə ilk hissənin əsas vaxtına əlavə edilən 6-cı dəqiqədə yaşanıb. Bayramovun avtoqolundan sonra hesab 1:1-ə bərabərləşib.
Qeyd edək ki, matça start heyətində başlayan Azərbaycan millisinin üzvü 79-cu dəqiqədə əvəzlənib.
saytlarin hazirlanmasi
