Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus Kriştiano Ronaldonun yığma karyerasını başa vurmasına səbəb olan hadisə ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, sentyabrın sonunda Norveçlə keçirilən qarşılaşmada 41 yaşlı hücumçunu meydana buraxmayan mütəxəssis bu qərarını dəyişməyəcəyini bildirib.
“Heç nəyi dəyişməzdim, qətiyyən. Qərarımı komandanın maraqlarını düşünərək vermişdim və özümü günahkar hesab etmirəm. Ronaldonun seçiminə hörmətlə yanaşıram. O, hər zaman Portuqaliya futbolunun simvolu olaraq qalacaq. Son il yarım ərzində onunla möhkəm dostluq münasibətlərimiz yaranıb. Onunla danışmamışdım, çünki növbəti dəfə milliyə dəvət edəcəyimi və söhbət etmək imkanımızın olacağını düşünürdüm.
Ronaldo olmasa da, komandamızın məsuliyyəti dəyişmir. Bizim əsas vəzifəmiz qələbə qazanmaqdır”, – deyə Jesus bildirib.
saytlarin hazirlanmasi
