Avropa çempionu Qazaxıstandan ayrıldı

10:22 - 7 Noyabr 2026

Portuqaliya millisinin sabiq üzvü Nani Qazaxıstandan ayrılıb.

Sportal.az xəbər verir ki, o, "Aktobe"də qalmayıb.

Qazaxlar Naniyə yeni müqavilə təklif etmək istəməyib.

2026-ci ilin yanvarında Qazaxıstan klubuna keçərək karyerasını bərpa edən Nani, meydana çıxdığı 26 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, 39 yaşlı futbolçu "Sportinq" "Mançester Yunayted", "Latsio", "Fənərbaxça", "Valensiya" kimi klublarda oynayıb. O, Portuqaliya mllisinin heyətində Avropa çempionu da olub.

Xəbər xətti