Qattuzo İtaliyada ən yaxşı seçildi

11:58 - 7 Noyabr 2026

İtaliya A Seriyasında oktyabrın ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Latsio"nu çalışdıran Cennaro Qattuzo ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis mükafatını noyabrın 21-də “Leççe” ilə keçiriləcək oyundan əvvəl alacaq.

Qeyd edək ki, "Latsio" oktyabrda çempionatda keçirdiyi 4 matçın hamısında qələbə qazanıb. “Latsio” hazırda A Seriyasının turnir cədvəlinə liderlik edir və ən yaxın izləyicisi “İnter”i 3 xal qabaqlayır.

Xəbər xətti