Leroy Sane qış transfer pəncərəsində "Qalatasaray"dan ayrıla bilər.
Sportal.az xəbər verir ki, almaniyalı vingerin karyerasını MLS-də davam etdirmək ehtimalı var. Bu barədə "Takvim" nəşri məlumat yayıb.
Üç klub Sanenin xidmətində maraqlıdır. MLS təmsilçiləri İstanbul klubunun Çempionlar Liqasında "Ştutqart"la keçirdiyi oyunda 30 yaşlı futbolçunu izləyiblər. Nümayəndələr qarşılaşma başa çatdıqdan sonra Super Liqa nəhənginin rəhbərliyi ilə təcrübəli oyunçu barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Leroy Sane 2025-ci ilin yayında "Bavariya" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Qalatasaray"a keçib. Almaniya millisinin üzvü cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi
