Millimizin üzvü qələbənin iştirakçısı oldu

17:43 - 7 Noyabr 2026

Futbol üzrə Türkiyə I Liqasında XIV turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Ocan Can Kölçünün formasını geyindiyi "Vanspor" öz meydanında "Sivasspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can da bu matçda iştirak edib. Oyuna start heyətində başlayan 28 yaşlı hücumameyilli yarımmüdafiəçi 84-cü dəqiqədə əvəzlənib.

14 turdan sonra 16 xal toplayan "Vanspor" turnir cədvəlinin XIII pilləsində qərarlaşıb.

Xəbər xətti