"Aston Villa"nın qapıçısı Zion Suzuki İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, bu barədə "Team Talk" proqramında məlumat verilib.
"Liverpul" yaponiyalı qapıçını transfer etmək istəyir. Mersesayd təmsilçisi Suzukini mövsümün sonunda müqaviləsi başa çatan Alisson Bekerin əvəzləyicisi kimi düşünür.
24 yaşlı əlcək sahibi ilə PSJ, "Arsenal" və "Real" da yaxından maraqlanır.
Qeyd edək ki, Aston Villa Zion Suzukini mövsümün əvvəlində "Parma"dan 30 milyon avroya transfer edib. Yaponiya millisinin üzvü cari mövsümdə Premyer Liqada 8 oyunda meydana çıxıb və qapısında 9 qol görüb.
saytlarin hazirlanmasi
