İspaniya La Liqasında XII turun növbəti oyunları keçirilib.
Sportal.az xəbər verir ki, "Real" "Valensiya"nın qonağı olub.
"Kral klubu" bu matçda rəqibini 3:0 məğlub edib.
"Real" 12 oyuna 30 xalla 2-ci pillədədir. "Barselona" isə 11 matçdan 30 toplayaraq turnir cədvəlinə rəhbərlik edir.
"Valensiya" - "Real" (Madrid) 0:3
Qollar: Federiko Valverde, 28, Arda Güler, 36, Kilian Mbappe, 75
