"Qəbələ" sabah başlayır

Növbəti rəqib AZAL-dı
 
Premyer Liqanın V turu çərçivəsində keçirilən "Qəbələ" - "Xəzər Lənkəran" (2:0) matçından sonra 5 günlük istirahətə buraxılan "qırmızı-qaralar" sabah - sentyabrın 6-ı təlim-məşq prosesini bərpa edəcək.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Yuri Syominin rəhbərliyi altında biraraya gələcək komanda hazırlıqlarını Qəbələdə keçirəcək. Milli komandaların heyətində olan Volodimir Levin (Azərbaycan milli komandası), Ürfan Abbasov, Amit Quluzadə (hər ikisi Azərbaycan U-21), Sadiq Quliyev və Elvin Camalov (hər ikisi Azərbaycan U-19) hazırlıq prosesinə sonradan qoşulacaq. 
 
Xatırladaq ki, "Qəbələ" Premyer Liqanın növbəti - VI turunda səfərdə paytaxt təmsilçisi AZAL-la qarşılaşacaq. Matç sentyabrın 15-də baş tutacaq. 
Tarix: 5 Sentyabr [15:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio