"Fransız klubları "Barselona" kimi oynasa, onda Liqa 1-i izləyərəm"

Erik Kantona: "Bu, tənqid deyil"
 
“Mançester Yunayted”in əfsanəvi fransız futbolçusu Erik Kantona maraqlı açıqlamaları ilə diqqət çəkib.
 
Sportal.az xəbər verir ki, o, hazırda gündəmdə olan bir çox məsələlərə toxunub. Kantona Fransa çempionatının maraqsız olduğunu və bu səbəbdən izləmədiyini etiraf edib. Kantonaya görə, Liqa 1-i izləməkdən daha maraqlı şeylər var:
 
“Əgər fransız klubları “Barselona” kimi oynasa, onda Liqa 1-i izləyərəm. Amma bu gün Fransa çempionatında elə bir komanda yoxdu. Bu, tənqid deyil. Sadəcə Liqa 1-i izləməkdən daha maraqlı şeylər var. 
 
Kinoteatra gedərkən yalnız xoşuna gələn film izləyirsən, bəyənmədiyini yox. Futbol da eynilə onun kimidi. Mənim üçün maraqlı olan matçları izləyirəm. 
 
Beyl üçün 100 milyon avro ödənilib? Əgər onlar belə addım atıbsa, deməli, tutarlı səbəbləri var. Çünki heç kim bu qədər pulu ödəməyə risk etməz. Bir də İspaniyada iqtisadi böhranı nəzərə alsaq, bu vəziyyət mənə bir qədər qəribə görünür. 
 
Riberi, Ronaldo və Messi – hər üçü əla oyunçulardı. Hər kəsi təəccübləndirməyi bacarırlar. Kim ötən il çox titul qazandısa, o da qalib oldu. Ona görə Frank Riberinin mükafatını haqq etdiyini düşünürəm”. 
 
Qeyd edək ki, 47 yaşlı Kantona futbolçu karyerasını 1997-ci ildə “Mançester Yunayted”də başa vurub. O, “qırmızı şeytanları”ın heyətində keçirdiyi 143 oyunda 64 qol vurub. Fransa millisində isə 45 matçda 20 dəfə fərqlənib. Kantona 2011-ci ildən “Nyu-York Kosmos” klubunda idman direktoru vəzifəsində çalışır.  
Tarix: 15 Sentyabr [13:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 İyul 2020
14  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio