Premyer Liqada ilk dövrənin ən yaxşı baş məqçisi və komandası SORĞU

Rəşad Ergün:"Futbol zövqümü korlamaq istəmirəm"
 
Artıq Azərbaycan Premyer Liqasında ilk dövrə başa çatdı.
 
Sportal.az idman jurnalistləri arasında ilk dövrənin ən yaxşı baş məşqçisi və komandası müəyyən etmək üçün kiçik bir sorğu hazırladı.
 
Həmin sorğunu təqdim edirik:
 
Rüstəm Piriyev (extratime.az): Deməli, ən yaxşı baş məşqçi - Milinko Pantiç. Açığı, mövsümün əvvəlində mən bu məşqçinin uğurlu olacağını gözləmirdim, onun da Bandoviç, Starkov, Şefer kimi uğursuz və futbolumuza zərrə qədər olsa, belə xeyir gətirə bilməyəcək bir insan olduğunu fikirləşirdim. İlk turlar fikrimin doğru olduğunu sübut edirdi, lakin gözləmədiyim anda Pantiç komandasını düzəltdi və kifayət qədər güclü, savadlı məşqçi olduğunu göstərdi. Xüsusi ilə "Neftçi" oyunda komandanı motivasiya eləməsi, düzgün köklməsi xoş təsir bağışladı. Umidvaram ki, Pantiçlə "Baki" bu mövsüm mükafatçılar sıraına düşə biləcək, amma bunun qışda olunacaq transferlerden də asılı olduğunu qeyd edədim.
İlk dövrənin ən yaxşı komandası isə "Qarabağ"dır . Qurban Qurbanov artıq istədiyi komandanı qura bilib və yayda etdiyi transferler komandaya çox xeyirli oldu. Bu gün mən bu komandanın oyununda ciddi problem görmürəm,bütün xəttlərdə balans var, yerli oyunçular da get-gedə daha artırırlar və legionerlərlə başabaş mübarizə aparırlar. Fikirləşirəm ki, "Qarabağ" bu çempionluğa iki əsas namizəddən biridir.
 
Rəşad Ergün (Komanda qəzeti) : "AFFA-nın və PFL-in bayrağı altında keçirilən çempionatları sadəcə, işim tələb edir deyə arabir izləyirəm. Futbol zövqümü korlamaq istəmirəm. Amma bu o demək deyil ki, həvəskar səviyyədə Premyer Liqa oyunlarını işimin xatirinə izləməliyəm. İllərlə otaqdan kənara çıxmasam da, Ramin Musayevin necə çempionat keçirdiyini bilərəm. Ona görə də, üzürlü sayın, sualınıza konkret cavabım yoxdu".
 
Elgiz Abbasov (futbol11.az, "Çempion" qəzeti) :"Ən yaxşı baş məşqçi kimi isə Yuri Syomini göstərməliyəm. Bildiyiniz kimi, Azərbaycanda yenidir. Və futbolumuza çox tez uyğunlaşmağı bacardı. Və hiss olunur ki, Syomində oyunu oxumaq bacarığı çox yüksək səviyyədədir. "Simurq", AZAL və Bakı isə ilk dövrənin normal komandalarıdır. 
Düşünərəm ki, ilk dövrədə "Qarabağ", "Neftçi" və "Qəbələ" daha yaxşı futbol sərgilədilər. Məsələ burasındadır ki, hər üç komanda çətin vəziyyətdən sonra toparlandılar. "Neftçi" məlum "Skenderbeu" facisəindən sonra toparlandısa, "Qəbələ" yenilənmiş oldu, "Qarabağ" isə yorğunluq fonunda uğurlu nəticələr qazandı. Mənə elə gəlir ki, hazırda turnir cədvəli ədalətlidir.Sonda hər kəsə uğur arzu edirəm. Ümidvaram ki, daha baxımlı futbol sərgiləyəcəklər.".
 
 
Saleh Aslan (Korner.az) : "İlk dövrənin ən yaxşı baş məşqçisini turnir cədvəlini göstərir. İlk pillədə iki komanda olsa da, "Qarabağ" daha çox qol vurub. Düzdür, "Ayntraxt"la oyundan sonra yaxşı oyun sərgiləmirdi, amma "Bakı" ilə oyunda "Qarabağ" özünə gəlmişdi".
 
Həbib Aslanov (Futbol+ qəzeti) : "İlk dövrənin ən yaxşı baş məşqçi kimi Vaqif Sadıqovu fərqləndirərdim. O, əlindəki büdcə ilə nəsə eləməyi bacarır. Digərlərin əlində milyonlar olsa da, Vaqıf Sadıqov onlarla dirəşməyi bacarır.
Oyun etibari ilə, "Qəbələ"nin oyunu fərqlənidrərdim. Hücuma çıxmağı ilə, oyunu ilə mənim xoşuma gəlir. "Qarabağ" da pis oyun göstərmir,düzdür, "Bakı" ilə əvvlki 3-4 oyunda yaxşı oyun göstərmir. Amma ora da oyunçuların fərdi keyfiyəti və oyunlarında da məşqçi işi grsənir. "Neftçi" də həmin "Neftçi"dir, "XL" və "İnter"in vəziyyəti elə də yaxşı deyil.
 
Elçin Cəlilov (futbolpress.az) : "İlk dövrədə elə də fərqlənə baş məşqçi görmürəm. Amma əlindəki imkanlara görə müqayisə etsək, Vaqif Sadıqovu fərqləndirmək olar. O, daha ucuz futbolçularla düzgün taktiki gedişlər seçib.
Komandalardan isə ən yaxşı oyununa görə "Qəbələ"ni fərqləndirərdim. Düzdür, "Neftçi" ilə oyundagödtərdiki, iddialı komanda kimi formalaşmağa tam hazır deyil. "Qəbələ"nin yanına "Neftçi"ni də əlavə etmək istəyirəm, faktiki olaraq, baş məşçi olmasa da, komanda öz işini yaxşı görür və liderlik sırasındadırlar.
 
Yusif HÜSEYN
Tarix: 9 Oktyabr [14:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Fevral 2020
24  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio