Raymon Domenek: "Anri qəhrəman, Zidan isə antiqəhrəmandır"

Fransalı mütəxəssis kitab yazıb
 
Fransa millisinin sabiq baş məşqçisi Raymon Domenek futbol xatiorələri barədə kitab yazıb.
 
Sportal.az xəbər verir ki, farnsalı mütəxəssis məşqçi olduğu müddətdə baş verən hadisələri qələmə alıb. Xüsusilə də Domenek DÇ-2006-cı ildə Zinəddin Zidanın İtaliya millisi ilə finalda, DÇ-2010-cu ildə İrlandiya yığmasına qrşı pley-off matçında Tyerri Anrinin etdiyi hərəkətləri müqayisə edib. Fransalı çalışdırıcı Zinəddin Zidanın Materatsiyə kəllə ataraq komandanı meydanda azlıqda qoymasını millinin əleyhinə işlədiyini qeyd edib. Anrinin əllə topu qarşısına ataraq irlandların qapısına vurulan qolu fransız mütəxəssis futbolmuya bəraət qazandırıb: 
 
“Fransa millisi 2010-cu il dünya çempionatının final mərhələsindən kənarda qala bilərdi. Anri o zaman futbolçu karyerasını təhlükə altına atıb belə bir hərəkətə əl atdı. Əslində o, bu hərəkəti milli komandasının mundialdan kənarda qalmaması üçün etdi. Zinəddin Zidan nə etdi? Fransa millisi 2006-cı ildə  dünya çempionluğunun bir addımlığında olanda Zidan rəqib futbolçuya kəllə ataraq komandasını azlıqda qoydu. Penaltilər seriyasında artıq dünya çempionu olmayacağımızı bilirdim. Çünki, komandanın liderinin bu hərəkəti digər futbolçulıara da təsir etmişdi. Onların psixoloji durumu yaxşı deyildi. Əgər hər iki futbolçunun hərəkətini ölkə naminə qiymət versəm,  Anrini qəhrəman, Zinəddin Zidanı isə antiqəhrəman sayaram”.
Tarix: 30 Oktyabr [00:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2019
17  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio