"Real" Qaret Beyllə müqaviləni yeniləyir

17:50 - 4 Yanvar 2015

Madrid klubu futbolçunu buraxmayacaq

 

"Real" ulduz futbolçusu Qaret Beyllə yeni müqavilə imzalayacaq.

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub.

 

25 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulur.

Qeyd edək ki, Beyl bu mövsüm oynadığı 20 matçda 9 qola imza atıb.

Xəbər xətti